Açılış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sena çayında gəmilərlə keçirilən parada idmançılarımız 16-cı sırada yer alıblar.
Azərbaycan Bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar.
Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.