Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
QİA.az– ın məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.
16:30
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
QİA.az-ın məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn (5:3) Zeynalov yarımfinala yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
14:08
Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start veriləcək.
QİA.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxacaq.
Parataekvondo
58 kq, K44
İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:27-də başlayacaq.
Qeyd edək ki, parataekvondo millimiz paralimpiadaya 3 nəfərlə yollanıb.