Azərbaycan boksçusu Nicat Hüseynov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə Dominikan Respublikasını təmsil edən Junior Alkantara Reyeslə qarşılaşıb.
Turnirə 1/8 finaldan başlayan idmançımız bu qarşılaşmada rəqibinə məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, Azərbaycanın digər boksçusu Alfonso Dominqes (92 kiloqram) 1/4 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.