Kanadalı avarçəkən Keti Vinsent “Paris-2024” Yay Olimpiya Oyunlarında dünya rekorduna imza atıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, buna 200 metr məsafəyə birnəfərlik kanoe yarışında 44,12 saniyə nəticə göstərməklə nail olub.
ABŞ-dan olan Nevin Harrison (44,13 saniyə) ikinci, kubalı Çirilo Yarislidis (44,36 saniyə) isə üçüncü olub.