“Paris-2024” Yay Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəşaçma yarışının finalında iştirak edən 51 yaşlı Yusif Dikeçin yarışdakı performansı sosial şəbəkələrlə yanaşı dünya, o cümlədən Britaniya mediasının diqqətini cəlb edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Daily Mail” saytı atıcılıq üçün hər hansı xüsusi eynək və avadanlıqdan istifadə etməyən Y.Dikeç barədə yazaraq onun yarış zamanı rahat davranışlarından, bir əli cibində gümüş medal qazanmasından bəhs edib.
“CNN” telekanalı isə Yusuf Dikeçin aurasını yüksək qiymətləndirib: