Paris olimpiadasında Britaniya 4-cü yerə yüksəlib

Bu gün britaniyalı triatlonçu Aleks Yi və Britaniyanın qadın avarçəkmə komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da britaniyalı idmançıların Paris olimpiadasında qazandıqları medalların sayı 6 qızıl, 5 gümüş, 5 bürünc medal olmaqla 16-ya yüksəlib. Hazırda medal qazanan ölkələrin siyahısında Britaniya 4-cü yerdədir.

Paris olimpiadasında Britaniya komandasının 327 idmançısı 26 idman növü üzrə yarışır. “Tokio 2020” olimpiadasında Britaniya ümumilikdə 64 medal qazanmışdı.

“Paris-2024” Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Oxşar Xəbərlər