Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək.
QİA.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq”, – Paşinyan Ermənistanın İctimai telekanalına müsahibəsində deyib.