Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, silahlı qüvvələrin baş qərargah rəisinin onun istefası barədə bəyanatı sabiq prezident Serj Sarkisyanın təsirinin nəticəsidir.

QİA.AZ Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan bunu martın 1-də Respublika meydanında keçirilən mitinq zamanı bildirib.

Paşinyan qeyd edib: “Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş qərargahın rəisi öz bəyanatı ilə qanunu pozub və istefa verməlidir. Bu qaçılmaz olsa da, o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”.

Oxşar Xəbərlər