Paşinyan özünü təcrid etdi

Ermənistanın baş naziri Nikol Paşinyan özünü təcrid etdiyi üçün Milad mərasimində iştirak etməyib.

“QİA.AZ” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Mane Gevorqyan bildirib.

“Pandemiya ilə əlaqədar olaraq baş nazir özünü təcrid edib”, – o deyib.

Lakin mətbuat katibi Paşinyanın koronavirusa yoluxub-yoluxmadığını açıqlamayıb.

Qeyd edək ki, hazırda bütün Ermənistan ərazisində karantin qüvvədədir və bu müddət yanvarın 11-dək davam edəcək.

Oxşar Xəbərlər