“Birləşmiş Ermənistan” Partiyasının sədri Vahan Badasyan həbs olunub.
“QİA.AZ” Ermənistan KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun baş nazir Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlərdir.
Belə ki, V.Badasyan ötən gün N.Paşinyanı fiziki məhv etmək təklifi ilə çıxış edib.
Müxalif partiya sədrinə qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb.
Qeyd edək ki, Vahan Badasyan ehtiyatda olan hərbçidir. O, həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.