Ermənistanın Sünik bölgəsinin Kəcəran şəhərinin meri Manvel Paramazyan tutularaq İrəvana aparılıb.
QİA.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
O, baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. Kəcəran merinin hansı ittihamla həbs olunduğu açıqlanmır.
“İzvestiya” müxbirinin verdiyi məlumata görə, Paramazyan əvvəllər Paşinyanın istefasını tələb etmiş və eyni zamanda onun Sünik bölgəsinə səfərinə qarşı çıxmışdı.