Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə milli komandası Gürcüstanda təlim-məşq toplanışında iştirak edəcək.
AMPK-dən QİA.AZ-a bildiriblər ki, hazırlıq prosesi baş məşqçi İlqar İbişovun rəhbərliyi altında iyunun 3-dən 16-dək Bakuriani şəhərində təşkil olunacaq.
Təlim-məşq toplanışı iyunun 16-25-də Dubayda keçiriləcək dünya kuboku yarışlarına hazırlıq xarakteri daşıyır.