Sabunçu rayon sakini Vüqar Eyyubovun qəsdən öldürülməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda istintaq aparılır.
Bu barədə QİA.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayətin törədilmə şəraitinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir: “Tərəfimizdən əlavə məlumat veriləcək. KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”.