Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
“QİA.az” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr ərazisində iki avtomobil toqquşub. Qəza zamanı sərnişin, 1958-ci il təvəllüdlü Tahirov Manaf Əlibala oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.