Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.
Bu barədə “QİA.AZ”a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:
“Çadırlar Nərimanov rayonu – metronun çıxışı, Yasamal rayonu – İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu – Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu – Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.
Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.