“Pensiyaya 10 il qalmış işdən çıxarmaq qadağan olunsun”

Mar9,2021
pensiyaçı

Ombudsman vətəndaşların pensiyaya çıxmasına müəyyən müddət qaldıqdan sonra onların işdən çıxarılmasının qadağan edilməsini təklif edib.

“QİA.az”ın verdiyi xəbərə görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi təklif olunur.

Oxşar Xəbərlər