ABŞ-ın Müdafiə naziri Mark Esper istefa ərizəsini hazırlayıb.
“QİA.AZ”ın məlumatına görə, bu barədə “NBC” kanalı ölkənin Müdafiə nazirliyindəki üç mənbəyə istinadən xəbər verib.
Prezidentlərin dəyişikliyi dövründə nazirlərin istefa verməsi nadir hal hesab edilmir. Lakin bu, seçkinin nəticələrindən asılı olan vəziyyət deyil.
Belə ki, Esperlə hazırkı prezident Donald Tramp arasında münasibətlər korlanıb. Buna səbəb ABŞ ordusunun nümayişləri yatırmaq üçün istifadəsi ilə bağlı fikir ayrılığı olub.