Peru prezidenti Fransisko Saqasti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

İyl18,2021

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Fransisko Saqastiyə təqdim edib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident Fransisko Saqastiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Peru prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident F.Saqasti rəhbərlik etdiyi hökumətin Peru ilə Azərbaycanla arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib.

Mərasimdə Peru Xarici Əlaqələr naziri Allan Vaqner Tison də iştirak edib.

Oxşar Xəbərlər