Perunun qərbindəki Çosika şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
QİA.AZ-ın məlumatına görə, zəlzələnin episentri 90 minə yaxın insanın yaşadığı şəhərdən 10 kilometr şimal-şərqdə qeydə alınıb.
Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olmadığı deyilir.
Yeraltı təkanlar yerin 80 kilometr dərinliyində baş verib.