Perunun prezidenti evinə polis basqın etdikdən sonra altı naziri vəzifəsindən azad edib

Peru Prezidenti Dina Boluarte dəbdəbəli saat qalmaqalı ilə bağlı evində axtarış aparıldıqdan dərhal sonra altı naziri dəyişib.

Qeyd olunur ki, bu, ölkə siyasətinə daha da qeyri-sabitlik əlavə edib.

Daxili işlər naziri Viktor Torres bazar ertəsi istefa qərarını açıqlayıb, ardınca təhsil naziri və qadın məsələləri üzrə nazir istefa veriblər. Onların hər biri Boluarteni dəstəkləyərək polisin prezidentin evinə basqınını “lazımsız” adlandırıblar.

Torres jurnalistlərə verdiyi açıqlamada, istefasının ailə və sağlamlıq problemləri ilə əlaqədar olduğunu bildirib. Digər iki nazir isə istefalarının səbəblərini açıqlamayıb.

Bazar ertəsi axşam Boluarte, istehsal, ticarət və kənd təsərrüfatı nazirləri də daxil olmaqla, kabinetində üç əlavə istefa barədə məlumat verib. Bir gündə o, hökumətin 19 üzvündən altısını dəyişib.

Xatırladaq ki, martın 30-da Boluartenin evində axtarış aparılıb. Polis qapını qırıb. Buna səbəb mətbuatda prezidentin bir neçə “Rolex” saatına sahib olması ilə bağlı xəbərlər göstərilib. Polis siyasətçini rüşvətxorluqda şübhəli bilib. Lakin axtarışın həyata keçirilməsi ilə nazirlərin işdən çıxarılması arasında birbaşa əlaqənin olub-olmadığı barədə məlumat verilmir.

Mənbə: Reuters

Oxşar Xəbərlər