Peşə təhsili almaq üçün 1 həftədə 16 mindən çox şəxs müraciət edib

Peşə təhsili müəssisələrinə maraq rekord səviyyəyə çatıb.

QİA.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, son bir həftə ərzində 16 min 458 nəfərdən 52 min 540 müraciət daxil olub.

Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

Oxşar Xəbərlər