Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib – FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının ilk turuna start verilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan turnirin açılış günündə iki matç keçirilib.

İlk qarşılaşmada “Omar” komandası “Embavud”a minimal hesabla qalib gəlib – 1:0. İkinci görüşdə isə “Sərhədçi” “Ağstafa Dilbaz” komandasını 7 cavabsız qolla üstələyib.

İlk turun digər matçları mayın 22-də eyni məkanda oynanılacaq.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi Peşəkar Çövkən Liqasına dekabrın 4-də yekun vurulacaq.

Oxşar Xəbərlər