Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir

Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın gələcəyini təhdid edir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nın iştirakçıları ilə görüşündə bildirib.

“Biz ildən-ilə azalırıq və bunun öhdəsindən yalnız orta doğum nisbətini artırmaqla gəlmək olar. Bu göstərici ölkəmizdə 1,4 təşkil edir. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, – deyə prezidentin mətbuat katibi bildirib.

İyulun əvvəlində Rusiya Federasiyasının baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, reproduktiv yaşda olan qadınların sayının azalması uzunmüddətli xarakter daşıyacaq və 2046-cı ilədək davam edəcək.

Oxşar Xəbərlər