İranın yeni seçilən prezidenti Məsud Pezeşkian ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi yüksək vəzifəyə təyin edib.
QİA.az bu barədə “Tasnim”ə istinadən xəbər verir.
Belə ki, M. Pezeşkianın qərarına əsasən Məhəmməd Cavad Zərif İranın strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alıb.
Məlumat üçün əlavə edək ki, Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri vəzifəsindən əlavə, uzun illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi olub.