“Pfizer”/”Biontech” vaksinlərin uşaqlar üçün 100 faiz effektiv olduğunu təsdiqləyib

“Pfizer”/”Biontech” şirkəti COVID-19-a qarşı istehsal etdikləri vaksinlərin 12-15 yaşlı uşaqlar üçün 100 faiz effektiv olduğunu təsdiq edib.

QİA.AZ xəbər verir ki, bu barədə şirkətlərin press-relizində deyilir.

2200 uşaq üzərində aparılmış kliniki sınaqların üçüncü mərhələsinin iştirakçıları üzərində müşahidələrin nəticələri təhlil edilib. 30 yoluxma halının hamısı plasebo qismində peyvənd olunmuş uşaqlarda qeydə alınıb.

Məlumatda bildirilir ki, 12 yaşdan yuxarı uşaqlar arasında peyvəndləmənin genişləndirilməsi məqsədilə əldə olunmuş nəticələr ABŞ və digər ölkələrin məsul qurumlarına təqdim ediləcək.

Oxşar Xəbərlər