“Pfizer” bu il 15 milyard dollarlıq peyvənd satmağı planlaşdırır

Fev3,2021

Almaniyanın “BioNTech” şirkəti ilə ortaq şəkildə yeni növ koronavirusa qarşı peyvənd hazırlayan “Pfizer” şirkəti 2021-ci ildə bu preparatın satışından 15 milyard ABŞ dolları qazanacağına ümid edir.

Bu barədə “QİA.AZ” “Reuters”ə istinadən xəbər verir.

Ümumilikdə isə “Pfizer” cari ildə 59,4 – 61,4 milyard ABŞ dolları mənfəət əldə edəcəyini gözləyir.

Qeyd edək ki, “Pfizer-BioNTech” peyvəndi 2020-ci ilin dekabr ayında istifadəsinə rəsmi icazə verilmiş ilk aşılardandır. Hələ o zaman analitiklər şirkətin vaksin satışından milyardlarla dollar mənfəət əldə edəcəyini proqnozlaşdırırdı.

Keçən ilin dördüncü rübündə peyvənd satışından əldə olunan gəlirlərin 462 milyon ABŞ dolları olacağı gözlənilsə də, realda bu rəqəm 154 milyon ABŞ dolları olub.

Oxşar Xəbərlər