“Piramida Reklam” MMC-nin daha bir uğuru

Apr3,2024

Son illər ölkəmizin reklam bazarında özünəməxsus yeri olan “Piramida Reklam” MMC daha bir uğura imza atıb.

QİA.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, “Piramida Reklam” MMC “Keyfiyyətli İdarəetmə Sistemi” nin “İSO 9001:2020” sertifikatına layiq görülüb.

MMC mükafata beynəlxalq standart üzrə reklam və stendlərin istehsalına görə layiq görülüb.

Qeyd edək ki, 2009-cu ildən fəaliyyət göstərən “Piramida Reklam” MMC ölkəmizin reklam bazarında əsas rolu olan şirkətlərdən biri hesab olunur. Əsas istehsalı çöl reklamları,sərgi istehsalı və led manitorların istehalını təşkil edən şirkətin məhsullarına ölkəmizin hər yerində rast gəlmək olar.

Şirkətdən verilən məlumata görə, “İSO 9001:2020” sertifikatı ilə təqdim olunandan sonra əməkdaşlar qarşılarına yeni hədəflər qoyublar.

Oxşar Xəbərlər