Pirlo istefa verməyəcəyini açıqlayıb

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Andrea Pirlo istefa verməyəcək.

“QİA.az”ın məlumatına görə, bu barədə 42 yaşlı mütəxəssis evdə “Milan”a 0:3 hesabı ilə uduzduqları A Seriyasının XXXV tur oyunundan sonra mətbuat konfransında deyib.

O, vəzifəsindən ayrılmaq fikrində olmadığını bildirib: “Müəyyən çətinliklərə baxmayaraq, bu işi böyük həvəslə qəbul etdim. Tam olaraq, klubun sərəncamındayam, Qarşıda hələ üç oyun var, ona görə icazə verilən müddətdə işimi görməyə davam edəcəyəm. Ortada səhv varsa, məsuliyyəti öz üzərimə götürürəm. Bu heyət əla oyunçulardan ibarətdir, Amma nələrinsə yolunda getmədiyini açıq-aydın görünür”.

Qeyd edək ki, “Yuventus” 69 xalla 5-ci pillədə qərarlaşıb. Komanda ilk “4-lüy”ə düşə bilməsə, Çempionlar Liqasından kənarda qalacaq.

Oxşar Xəbərlər