A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasında dünəndən etibarən başlayan vaksinasiya davam edir.
Poliklinikadan “QİA.AZ”a bildirilib ki, dünən işçilərdən 10 nəfərə peyvənd vurulub:
“Bu gün səhər saatlarından isə 6 nəfərə vaksin vurulub və hələ davam edir. Peyvəndlənən şəxslərin vəziyyəti yaxşıdır. Heç bir narahatlıqları yoxdur. 4-5 gün ərzində işçilərin vaksinasiyası tamamilə qurtaracaq”.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.