Polis Ağdaşda karantin rejimi ilə əlaqədar gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir

Avq 20, 2021

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları Ağdaş rayonu ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı mağazalarda bəzi alıcı və satıcılar tərəfindən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyi, eləcə də kassaların önündə sosial məsafə gözlənilmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Özlərinin və digərlərinin sağlamlığı üçün hər bir şəxsin özündə məsuliyyət hiss etməli olduğu diqqətə çatdırılıb.

İctimai nəqliyyatda –avtobus və taksilərdə də keçirilən nəzarət tədbirləri zamanı tibbi maskadan istifadə etməyən, marşrutlara normadan artıq sərnişin mindirməklə sıxlıq yaradan sürücülərə rast gəlinib.Onlara qaydalar izah olunub və barələrində intizam tənbeh tədbirləri görülüb.

Oxşar Xəbərlər