Polis Mingəçevirdə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir

Dek17,2020
Polis Mingəçevirdə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir

Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədi ilə Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları reydləri davam etdirir.

QİA.AZ Reporta istinadən bildirib ki, giriş-çıxışlarda qurulan postlarda hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla digərlərinin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb.

Reydlər zamanı polis əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən şəxslər planşet vasitəsilə yoxlanılır və SMS icazə olmadan çölə çıxanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Bundan əlavə, ictimai nəqliyyatda, mağazalarda, açıq ictimai məkanlarda keçirilən nəzarət profilaktik tədbirlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən və ya tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda onlara tibbi maskadan düzgün istifadənin zəruriliyi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.

Oxşar Xəbərlər