Dövlətlər Cənubi Qafqazda sülh istəyirlərsə, regionda qarışıqlığa şərait yaratmamalıdırlar”
Qia.az “Report”-a istinadən xəbər verir ki, Politoloq Samir Hümbətov belə deyib.Ekspert bildirib ki, Fransanın Ermənistanı silahlandırması prosesi artıq uzun müddətdir davam edir. O, region ölkələrinin bu məsələyə reaksiya verməməsinə, hətta müəyyən mənada şərait yaratmasına da diqqət çəkib.
Politoloq Fransadan başqa, Hindistanın da Ermənistanı silahlandırdığını vurğulayıb: “Hindistanın verdiyi silahların da əksəriyyəti Fransa sertifikatı ilə istehsal olunmuş silahlardır. Azərbaycan belə məsələlərə tolerant yanaşmayacaq, yeni müharibə riskini gözləməyəcək. Əgər Ermənistan tərəfindən təxribat xarakterli addımlar atılarsa, dərhal adekvat addımlar atılacaq”.

