Polşa hökuməti “Şərq qalxanı” proqramı çərçivəsində 150 ədəd zirehli avtomobil alacaq, o cümlədən Rusiya və Belarusla sərhədlərdə əlavə pilotsuz uçuş aparatları (PUA) yerləşdirəcək.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin “X” hesabında bildirilib.
“Biz 150 ədəd hərbi zirehli avtomobilin alınmasından başlamaqla Silahlı Qüvvələrdəki PUA sayını da artırırıq”, – məlumatda qeyd olunub.