Polşalı ekspert: “Varşava bütün hallarda Bakı ilə əlaqələrin inkişafında maraqlıdır”

Sen27,2021

“Polşa ilə Azərbaycan arasında enerji sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar var. Təəssüf ki, mövcud pandemiya şəraiti bir çox layihələr kimi buna da mane olur. Amma düşünürəm ki, tərəflər postpandemiya dövründə bunu nəzərə alacaqlar”.

Bunu “QİA.AZ”a açıqlamasında Polşanın tanınmış eksperti Martsin Piatkovski (Marcin Piątkowski) bildirib.

O qeyd edib ki, iki ölkə arasında tək enerji yox, müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək olar:

“Mən bu barədə bir dəfə demişdim, təəssüf ki ümumbəşəri pandemiya çox planları təxirə saldı. Varşava bütün hallarda Avropa İttifaqı çərçivsində Bakı ilə əlaqələrin inkişafında, xüsusilə enerji məsələləri üzrə əməkdaşlığa maraqllıdır. Mən belə hesab edirəm. İki ölkənin enerji nazirlikləri arasında bununla bağlı baza razılaşması da var”, – deyə, o əlavə edib.

Oxşar Xəbərlər