Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

Bu il Azərbaycan COP29 kimi böyük və vacib tədbirə ev sahibliyi edəcək. Bizim bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə çox məhsuldar görüşümüz oldu. Forumda bütün mövzulara toxunuldu. Azərbaycanın vizyonundan ətraflı danışan Prezident İlham Əliyev dünyada baş verən qlobal proseslərdən də bəhs etdi.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Portuqaliyanın Avropa işləri üzrə sabiq naziri, “Flint Global” şirkətinin baş məsləhətçisi Bruno Masaes səsləndirib.

Azərbaycanda dəfələrlə olduğunu xatırladan beynəlxalq ekspert deyib: “Ötən il keçirilən COP28-də gözləntilərimizi tam əks etdirən birlik əldə edə, ölkələrin ambisiyalı ideyaları reallaşdırmaları istiqamətində razılığa gələ bilmədik.

Bildiyiniz kimi, ötən həftə Dubayda baş verən fırtına və sel bir sıra fəlakətlərə yol açdı. Biz artıq qlobal istiləşmənin fəsadlarının canlı şahidi oluruq. Bunun qarşısını almaq üçün birgə hərəkət etməliyik. Düşünürəm ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq”, – deyə Bruno Masaes əlavə edib.

Oxşar Xəbərlər