DİN Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasıməqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayondaquraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polisəməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.Yanvarın 14-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiqqaydada icazə almadan keçməyə cəhd göstərən 1766 nəqliyyat vasitəsi müəyyənolunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan2 nəfər barəsində inzibati həbs, 2772 nəfər barəsində digər inzibati tənbeh tədbirləritətbiq olunub.Eyni zamanda ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlarbarəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərininpozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davametdirilir.Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını,karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.