DİN Mətbuat Xidmətindən QİA.AZ-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasıməqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayondaquraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polisəməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. Yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiqqaydada icazə almadan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyənolunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan3 nəfər barəsində inzibati həbs, 2815 nəfər barəsində digər inzibati tənbeh tədbirləritətbiq olunub.Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını,karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.