Premyer Liqa: “Kəpəz” – “Neftçi” qarşılaşmasında altı qol vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Neftçi” “Kəpəz”lə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb – 3:3. Gəncə təmsilçisində 6 və 62-ci dəqiqələrdə Martins Junior, 47-ci dəqiqədə Elçin Əlicanov fərqlənib.

“Ağ-qaralar”ın hər üç qolunu isə Filip Ozobiç vurub. O, 32, 57 və 77-ci (penalti) dəqiqələrdə fərqlənib.

Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda “Səbail”lə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Kəpəz” 27 xalla 9-cu sıradadır.

Oxşar Xəbərlər