Premyer Liqa matçı qara görə təxirə salınıb

İngiltərə Premyer Liqasının XIII turunun “Börnli” – “Tottenhem” oyunu təxirə salınıb.

 “QİA.AZ” London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna qeyri-sabit hava şəraiti səbəb olub. Qarşılaşma güclü qara görə baş tutmayıb.

Qeyd edək ki, bu gün keçirilməli olan görüş Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi.

Oxşar Xəbərlər