Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib
QİA.az “Report”a istinadən xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.
“Azersun Arena”da keçirilən matçda qonaqlar qələbə qazanıb – 0:1.
Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.
Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.