“QIA.AZ” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində Azərbaycanın BMT-nin kasetli silahları haqqında konvensiyasını niyə imzalamadığın dair suala cavabında bildirib.
“Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var”.
Dövlət başçısı deyib: “Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.