Prezident: “Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq

“Biz Şuşaya gedirik. Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında “Xarıbülbül” musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir”.

“QİA.az”ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Və burada, təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!”, Prezident qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedirlər.

Oxşar Xəbərlər