Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“QİA.AZ“ xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
“Laçının azad olunmasına görə” medalı ilə təltif edilənlərin siyahısı