ManşetRəsmi Xronika

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir

İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq.

QİA.AZ-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib.

Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq. Bu, artıq tarixdir.

Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan Prezident İlham Əliyev deyib: “Missiya Azərbaycanın müvafiq strukturları ilə daimi əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ay yarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”.

Əlaqəli xəbər

Back to top button