Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repikdən:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya-Azərbaycan İşgüzar Şurasının adından və şəxsən öz adımdan təbrik edirəm.

Siz siyasi fəaliyyətlə məşğul olduğunuz illər ərzində haqlı olaraq Azərbaycan xalqının sevgisini və hörmətini, dünya ictimaiyyəti arasında nüfuz qazanmısınız. Siz dövlət başçısı vəzifəsində olduğunuz dövrdə Azərbaycan iqtisadiyyatda və sosial həyatda sanballı nəticələr qazanıb. Bu uğurlar həm ölkə vətəndaşları tərəfindən, həm də xaricdə yüksək qiymətləndirilir.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin möhkəmlənməsinə Sizin töhfənizi yüksək qiymətləndiririk. Sizin səyləriniz və müdrik qərarlarınız sayəsində bizim strateji tərəfdaşlığımız sürətlə inkişaf edir və hər il yeni perspektivlər nümayiş etdirir.

Öz tərəfimdən Sizi əmin etmək istərdim ki, biz İşgüzar Şurada konstruktiv dialoqu bundan sonra da davam etdirmək və ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi münasibətlərin möhkəmlənməsinə şərait yaratmaq niyyətindəyik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzu edirik”.

XXX

“İsrail üçün Yəhudi Agentliyi”nin icraçı direktoru İsaak Herzoqdan:

“Zati-aliləri.

Yeni 2021-ci il ərəfəsində Sizi səmimi qəlbdən təbrik edir və gələn ilin xoşbəxt və firavan keçməsi ilə bağlı arzularımı çatdırmaqdan şərəf duyuram. Bu fürsətdən istifadə edərək Sizi, həmçinin doğum gününüz münasibətilə də təbrik edirəm.

Yola saldığımız il İsrail, Azərbaycan və dünyanın əksər ölkələri üçün gözlənilməz çətinliklər və misli görünməmiş təhdidlərlə yadda qaldı.

Mən Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirdim, ancaq hamımızın bu il öhdəsindən gəlməli olduğumuz pandemiya həmin görüşümüzü təxirə salmağa məcbur etdi.

Ümid edirəm ki, gələn il Sizinlə görüşmək üçün fürsət yaranacaqdır, çünki həqiqətən də Sizinlə şəxsən görüşüb yəhudi və Azərbaycan xalqları arasındakı tarixi səmimi münasibətlərlə bağlı məmnunluğumu bildirmək istərdim.

Yeni il xalqınıza sülh, firavanlıq və cansağlığı bəxş etsin, xalqlarımız arasındakı səmimi və sıx əlaqələr daha da inkişaf etsin. İsrail ilə Azərbaycan arasındakı strateji əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvaram.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XXX

ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayerdən:

“Cənab Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı arzulayır və Zati-alinizin rəhbərliyi ilə ölkənizin daha uğurla inkişaf etməsini diləyirəm”.

XX

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətindən:

“Hörmətli cənab Prezident, əziz qardaşım.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin builki doğum gününüz həm də qardaş Azərbaycan xalqının qürurla qeyd etməli olduğu bir hadisədir. Çünki Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Ermənistanı məğlub edərək işğal altında olan torpaqlarını geri qaytarmaqla tarix yazıb.

Azərbaycanın inkişafı və əldə etdiyi uğurlar, eləcə də beynəlxalq səviyyədə daim artan nüfuzu Sizin yorulmaz səyləriniz və rəhbərliyiniz sayəsində mümkün olub.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının daha firavan və təhlükəsiz həyata inamı tükənməzdir.

Sizə möhkəm cansağlığı diləyir, Zati-alinizin rəhbərliyi ilə qazanılan uğurların Azərbaycanı daha yüksək zirvələrə çatdırmasını arzulayıram”.

XXX

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannisdən:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz güc, xoşbəxtlik, rifah və həyatın ən gözəl nemətlərini diləyirik”.

XXX

Çuvaşiya Xalq yazıçısı Mixail Yuxma və Çuvaşiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Aqil Əliyevdən:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik.

Bu gün Çuvaşiyada yaşayan azərbaycanlılarla birlikdə biz də sevinirik. Azərbaycanın işğal edilmiş torpaqları Sizin müdrik rəhbərliyiniz sayəsində azad olunub. Siz bütün Türk dünyasının milli qəhrəmanına çevrilmisiniz.

Bu əlamətdar gündə Sizin əziz atanızı xatırlayırıq. 2000-ci ildə biz onun qonağı olmuşuq. O deyirdi: “Yadellilər tərəfindən işğal olunmuş bütün torpaqlarımız azad ediləcək”. Onun bütün sözləri gerçəkləşdi. Biz həmişə yadda saxlayırdıq və yenə yadda saxlayırıq: Azərbaycanlılar biz çuvaşlara yaxın, qohum olan türk xalqıdır.

Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq, tərəqqi və sülh arzulayırıq”.

XXX

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri Aleksey Juravlyovdan:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz bütün Azərbaycan xalqı üçün əsl milli lider, müdrik dövlət xadimi, beynəlxalq arenada ölkənizin milli maraqlarının qətiyyətli müdafiəçisisiniz. Siz atanız möhtərəm Heydər Əlirza oğlu Əliyevin layiqli övladısınız. Bu gün Siz onun böyük siyasi irsini davam etdirir və zənginləşdirirsiniz. Şadam ki, Sizin şəxsinizdə Rusiya etibarlı müttəfiqə malikdir, ölkələrimiz bərabərhüquqlu, qarşılıqlı etimada və hörmətə əsaslanan şərtlərlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və möhkəmləndirir.

Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, uğurlar və firavanlıq, gözəl Vətəniniz Azərbaycana sülh və tərəqqi arzu edirəm”.

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniçdən:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən şərəf hissi duyuram.

Sizinlə keçirdiyimiz görüşləri məmnunluqla xatırlayıram. Ümid edirəm ki, ölkənizi və xalqınızı əvvəlki illərdə olduğu kimi, müsbət istiqamətdə irəliyə doğru aparmaqda davam edəcəksiniz.

Cənab Prezident, icazə verin ümumi ailəmiz olan, Sizin strategiyanızı və rəhbərliyinizi dəstəkləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz diqqətə görə də Sizə minnətdarlığımı bildirim”.

XXX

“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslıdan:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə “Tekfen İnşaat” şirkətinin kollektivi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin müəyyənləşdirdiyiniz yolla gözəl gələcəyə doğru irəliləyən, ildən-ilə güclənən Azərbaycan Respublikası daha yüksək müvəffəqiyyətlərə nail olacaqdır. Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan özünü regional lider kimi təsdiqlədi. Siz müdrik siyasi xadim, mahir diplomat, müzəffər Ali Baş Komandan olaraq ölkənizi və xalqınızı tarixə qızıl hərflərlə həkk edilən böyük Qələbəyə qovuşdurdunuz.

Cənab Prezident, Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxt həyat, dost və qardaş Azərbaycan xalqının firavan və rifah dolu gələcəyi istiqamətində fəaliyyətinizdə yeni-yeni zəfərlər arzulayıram”.

XXX

Rusiyanın TASS informasiya agentliyinin Baş direktoru Sergey Mixaylovdan:

“Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Belə bir Azərbaycan məsəli var: mümkünsüz iş olmur. Sizin siyasətdə keçdiyiniz yol bu müdrik kəlama parlaq sübutdur. Sizin qətiyyətli rəhbərliyinizlə respublikanız uzunmüddətli inkişaf layihələri həyata keçirir, daxili və xarici siyasətdə ən ambisiyalı məsələləri uğurla həll edir. Bu gün Sizin məqsədyönlülüyünüz, mərdliyiniz və öz Vətəninə sadiq dövlət lideri kimi siyasi iradəniz zamanın yeni çağırışları qarşısında Azərbaycanın dözümlülüyünün rəhnidir.

Sizə sülh, xoş güzəran, cansağlığı və firavanlıq, bütün təşəbbüslərinizdə yeni uğurlar arzu edirəm”.

XXX

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Çox xoşdur ki, Siz atanız Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji və Azərbaycan xalqının, Azərbaycan uşaqlarının naminə bütün səylərinizdə yeni uğurlar arzu edirəm.

Ümidvaram ki, uşaqların müdafiəsi sahəsində bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik”.

XXX

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin Sizə möhkəm cansağlığı, nikbinlik, tükənməz quruculuq enerjisi, qarşıya qoyduğunuz hədəflərin reallaşmasında uğurlar, bütün Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzularımı bildirim.

Sizə və yaxınlarınıza xoş və xeyirli günlər diləyirəm”.

XXX

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Vladimir Şerbakovdan:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan dünyanın ən sürətlə və hərtərəfli inkişaf edən ölkələrindən biridir. Bu, millətin suveren və dünyaya açıq olan siyasi və iqtisadi inkişaf xəttini müəyyən edən həqiqi lider kimi Sizin görkəmli xidmətinizdir. İctimai tərəqqinin uğurları, dövlətçiliyin möhkəmlənməsi və ümdə sosial problemlərin səmərəli həlli ölkə vətəndaşları tərəfindən geniş dəstəklənir, onlar özlərinin və övladlarının gələcəyinə görə əmindirlər və öz Prezidentlərinə qeyd-şərtsiz etimad bəsləyirlər.

Fürsətdən istifadə edib Sizə həmkarlar hərəkatının fəaliyyətinə daim yetirdiyiniz diqqətə, sosial dialoqun möhkəmlənməsinə hərtərəfli köməyə görə bir daha səmimi təşəkkürümü bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi və xoş arzularımı, möhkəm cansağlığı, firavanlıq və Vətənin rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyimi qəbul edin”.

XXX

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan:

“Möhtərəm cənab Prezident.

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının firavanlaşmasına, ölkənin iqtisadi və intellektual potensialının inkişafına, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətiniz yüksək peşəkarlığın və idarəçilik istedadının parlaq nümunəsidir.

Bizim universitetlə Azərbaycanın akademik ictimaiyyəti arasında çoxdan mövcud olan səmərəli əməkdaşlıq ölkənin kadr potensialının formalaşmasına kömək edir. Bizim universitetdə hər il onlarca istedadlı azərbaycanlı tələbə təhsil alır. Onlar Azərbaycan sənayesinin modernləşməsinə layiqli töhfələr verəcəklər.

Möhtərəm cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, sədaqətli həmfikirlər və Vətənin rifahı naminə yeni zəfərlər arzu edirəm”.

XXX

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən:

“Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.

Sizin doğum gününüz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə başa çatan Vətən müharibəsində şanlı qələbə ilə eyni dövrə təsadüf edir.

Bu tarixi nailiyyətin təməlində Sizin güclü liderliyinizin, möhkəm siyasi iradənizin, strateji baxışınızın və siyasi müdrikliyinizin, o cümlədən milli dövlət quruculuğu istiqamətindəki fədakarlığınızın və uzun illər davam edən yorulmaz fəaliyyətinizin dayandığı hamı tərəfindən qəbul edilir. Ali Baş Komandan olaraq ölkənizin müasir tarixinin ən mühüm və həlledici məqamında xalqı öz ətrafınızda birləşdirmək, səfərbər etmək və ona rəhbərlik etmək bacarığınız Sizin liderliyinizin ən bariz təzahürüdür.

Dinamik iqtisadiyyatı, fəal, sülhsevər və konstruktiv xarici siyasəti, eləcə də güclü və müasir ordusu olan müasir müstəqil Azərbaycanın uğurları ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş strategiyanın məntiqi nəticəsidir və bu gün həmin siyasəti Siz fədakarlıqla davam etdirirsiniz.

Bu gün Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan və hörmət olunan üzv, beynəlxalq arenada aktiv və nüfuzlu aktor omaqla yanaşı, həm də dinc yanaşı yaşayış norma və prinsiplərini, eləcə də bəşəri dəyərləri əsas tutaraq sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı rolunda çıxış edir.

Azərbaycanın enerji, nəqliyyat və rabitə sahələrində təşəbbüsçüsü və iştirakçısı olduğu mühüm beynəlxalq layihələr daha geniş olub Xəzər dənizi və Qara dəniz regionunun geosiyasi coğrafiyasını və məzmununu tamamilə dəyişərək, öz ölkəsinin qlobal iqtisadiyyata inteqrasiyasını və qonşu dövlətlər arasında əməkdaşlığı təmin edə bilib. Beləliklə də bu geniş və zəngin regionun strateji əhəmiyyəti daha da artıb.

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə nəticəsində bölgədə yaranmış yeni vəziyyət regionun bərpası və inkişafı üçün geniş imkanlar açır. Biz Sizin sağlam düşüncə və müdriklik nümayiş etdirməyə çağıran, hamını dialoqa və əməkdaşlığa dəvət edən xoşməramlı mesajlarınızı yüksək qiymətləndiririk. Biz qəti inanırıq ki, regionda yaranmış bu tarixi şansdan və misilsiz fürsətdən burada yaşayan bütün millətlərin maraqları və mənafeyi naminə istifadə olunmalıdır. Dörd dost xalqı və strateji tərəfdaşları birləşdirən GUAM-da bu məqsəd üçün bütün ideya və təşəbbüsləri dəstəkləməyə hazırıq.

Hörmətli cənab Prezident,

Bu xoş fürsətdən istifadə edərək, doğum gününüz və ölkənizin inkişafı istiqamətində əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edirəm. Gözəl ölkənizin inkişafı və tərəqqisi naminə ideya və planlarınızın həyata keçirilməsində Sizə möhkəm cansağlığı, tükənməz enerji və daha böyük qələbələr arzulayırıq.

Sizə olan ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”.

XX

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresinin liderləri adından və şəxsən öz adımdan təbrik edirəm. Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və bütün təşəbbüslərinizdə uğur arzulayıram.

Uzun illərdir ki, Azərbaycanda dini-etnik dözümlülük mühiti hökm sürür. Min ildən çoxdur ki, yəhudilər Azərbaycanda yaşayır və həmişə orada özlərini təhlükəsizlikdə, həqiqətən dostların əhatəsində hiss edirlər.

Azərbaycanın Yəhudi İcmasının çoxsaylı nümayəndələri respublikanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak ediblər və edirlər. İsrail ilə Azərbaycan arasında yaranmış gözəl dövlətlərarası, iqtisadi və mədəni münasibətlər isə dünyanın bütün xalqları üçün nümunə ola bilər.

Müasir dünyanın universal dəyərlərinə açıqlığı ənənələr və tarixi irs ilə birləşdirən Azərbaycan tolerantlığın və sabitliyin əyani nümunəsidir və bu, Sizin böyük xidmətinizdir.

Cənab Prezident, icazə verin Sizi bu əlamətdar gündə bir daha təbrik edim, ən xoş arzularımı çatdırım. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm”.

Oxşar Xəbərlər