Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.
QİA.AZ-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.