Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimində iştirak edib

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

QİA.AZ-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimində iştirak edib.

Oxşar Xəbərlər