Prezident İlham Əliyev və birinci xanım Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağlığı veriblər.

QİA.AZ xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.”

Oxşar Xəbərlər