Prezident İlham Əliyev: Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq

Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur.

QİA.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Oxşar Xəbərlər