Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.
QİA.az xəbər verir ki, məktubunda Ekvador Prezidentinə və xalqına milli bayram münasibətilə öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.